Gürcüstanın ən parlaq gimnastlarından biri olan və karyerasını bu yaxınlarda başa vuran Salome Pajava Bakıda ustad dərsləri keçəcək.
Sport-az.com-in məlumatına görə, bu dərslər dünən Milli Gimnastika Arenasında start götürən “Ocaq kuboku” III beynəlxalq turniri çərçivəsində baş tutacaq. Pajava bu gün, turnirin ikinci gününün sonunda, gənc idmançılarla görüşərək onlara ustad dərsləri verəcək.
Qeyd edək ki, Salome Pajava ikiqat Olimpiya iştirakçısıdır və beynəlxalq gimnastika sahəsində böyük təcrübəyə malikdir.