More

    “Qırmızı şeytanlar”ın “qara zolağı” davam edir

    “Mançester Yunayted” son dövrlərdə qeyri-adi bir uğursuz seriya ilə qarşı-qarşıyadır. Klub, 2 və ya daha çox qol vurduğu avrokubok oyunlarında qalib gələ bilmir. Bu uğursuzluq seriyası artıq 6 oyuna çatıb.

    Sport-az.com xəbər verir ki, bu tendensiya Çempionlar Liqasında və Avropa Liqasında keçirilən oyunlarda yaşanıb. “Mançester Yunayted” 2023-cü ilin martında Avropa Liqasında “Betis”i 4:1 hesabı ilə məğlub etdikdən sonra “qara zolağa” düşüb. Növbəti oyunlarda “Sevilya” ilə (2:2), Çempionlar Liqasında isə “Qalatasaray”la (3:3) heç-heçə edən “qırmızı şeytanlar” ardıcıl məğlubiyyətlər yaşayıb. Xüsusilə, “Bavariya”ya (3:4), “Kopenhagen”ə (3:4) və yenidən “Qalatasaray”a (2:3) uduzaraq, çox qol vurmasına baxmayaraq qalib gələ bilməyib.

    Bu uğursuz seriyanın son oyunlarından biri də Avropa Liqasında “Porto” ilə 3:3 hesabı ilə nəticələnən görüş olub.

    Qeyd edək ki, “Mançester Yunayted” daha az qol vurduğu oyunlarda uğur qazanıb, məsələn, “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni