Ramos “Yuventus”da?

“Sevilya” klubundan ayrılan Serxio Ramos hələ də özünə yeni komanda tapa bilməyib. 38 yaşlı müdafiəçi bir neçə klubla danışıqlar aparır, lakin yalnız İtaliya nəhəngi “Yuventus” onun transferində maraqlı görünür.

Sport-az-ın məlumatına görə, “Yuventus” hazırda zədələnmiş braziliyalı müdafiəçi Qleison Bremerə əvəzləyici axtarır. “Tuttosport”un xəbərinə görə, Turin klubu Ramosun təcrübəsindən yararlanaraq, müdafiəni gücləndirməyi düşünür. Klub rəhbərliyi Ramosun “Real Madrid” və “Paris Sen-Jermen”dəki təcrübəsinin komanda üçün böyük üstünlük olacağını hesab edir.

Xatırladaq ki, Serxio Ramos 2023-cü ilin yayında azad agent kimi “Sevilya”ya qayıtmış və ötən mövsüm komanda ilə 37 oyuna çıxaraq 7 qol vurmuşdu. Lakin bu yay onun “Sevilya” ilə müqaviləsi başa çatıb.

İspaniya millisinin sabiq ulduzu Ramos daha əvvəl “Real Madrid” və “Paris Sen-Jermen”də də parlaq çıxışlar edib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni