More

    Supermatç Yuventus – İnter: mərclərini MelBet-də et!

    13 sentyabrda Turin şəhərində Derby d’Italia – Yuventus ilə İnter arasında oyun keçiriləcək. Bu əfsanəvi qarşıdurmaya xüsusi olaraq MelBet sənin üçün ön baxış hazırlayıb.

    İnter: Kivu yoxsa İndzaginin komandası?

    Son bir neçə ildə İnter titula əsas iddiaçı kimi görünürdü. Bəli, Simone İndzagi cəmi bir dəfə Skudetto qazandı, amma komandasının özünü doğruldan səbəbi vardı: milanlılar çox gücünü Çempionlar Liqasına xərcləyirdilər. Üç il ərzində iki dəfə finala yüksəlmək — bu dövrdə İtaliya komandası üçün fantastik nəticədir. İnter ən yaxşı oyunlarında A Seriyasında yalnız qalib gəlməklə kifayətlənmirdi, həm də tamamilə dominant təsir bağışlayırdı.

    Bununla belə, İndzaginin Səudiyyə Ərəbistanına gedişindən sonra sual yaranır: Kristian Kivu komandını nə dərəcədə tez özünə uyğunlaşdıra biləcək? Və ümumiyyətlə, buna qadir olacaqmı? Maliyyə baxımından İnter təkcə Avropada deyil, hətta İtaliyada belə dominantlıq etmir. Klub yayda 92 milyon avrodan çox xərcləsə də, transferlərin əksəriyyəti hələ ulduz statusuna çatmaq üçün qarşılarında uzun yolu olan gənc futbolçulardır.

    Təəccüblü deyil ki, Torinoya qarşı startdakı darmadağından (5:0) sonra Kivunun komandası ikinci oyunda Udinezelə (1:2) büdrədi. Komandanın yenidən qurulması fonunda İnterdən mövsümün əvvəlində qeyri-sabit nəticələr gözlənilirdi, lakin transfer pəncərəsinin bağlanmasından sonra yeni baş məşqçi artıq heyətinin imkanlarını daha aydın dərk edir və komandanı daha əsaslı şəkildə hazırlaya bilir. Kristian Kivunun İnterin baş məşqçisi təyin olunması çoxlu suallar doğurdu, bu suallara cavabı isə zaman verəcək. Amma «MelBet pul ödəyirmi?» sualına cavab çoxdan məlumdur və birmənalıdır – əlbəttə ki, ödəyir!

    Yuventus: Tudor titul haqqında düşünməməyi xahiş edir

    Mövsümün əvvəlində turinlilər iki qələbə qazandı, lakin xorvatiyalı məşqçi jurnalistlərdən komandasının çempionluq uğrunda mübarizəyə hazır olması ilə bağlı qlobal nəticələr çıxarmamağı xahiş etdi. İqor Tudorin ehtiyatlılığı başadüşüləndir. Hazırkı Yuventus klassik qara atdır. Komanda oyun üslubunu dəyişməyə çalışaraq transformasiyadan keçir, amma klub rəhbərliyinin ambisiyaları hələ də tam aydın deyil. Bunu yalnız start turlarında qol vursa da, Duşan Vlahoviçdən transfer pəncərəsinin sonuna qədər qurtulmağa cəhd göstərən Turin hekayəsi sübut edir.

    Mövsümün ilk həftələrinin yaxşı tendensiyası – müdafiədə etibarlı oyun.Tudor – keçmiş müdafiəçi olaraq arxa xətti necə qurmağı yaxşı bilir. Ona bu işdə ağır zədədən sonra qayıdan Qleyson Bremer çox kömək edir. Braziliyalı futbolçu fasilə ərzində keyfiyyətlərini itirmədiyini sürətlə göstərdi və artıq A Seriyasının ən yaxşı müdafiəçilərindən biri adına iddia etməyə hazır olduğunu sübut etdi. Hücum xəttində isə ümid Edon Jeqrova və Lois Opendadadır – hər ikisi yay sonunda komandaya qoşulub ki, ön xətdə oyunu şaxələndirsinlər və Fransişku Konsesau ilə Conatan Devidin yükünü azaltsınlar.

    Yuventus üçün bu matç – möhkəmliyə sınaqdır. Bu qarşılaşma Yuventus üçün həm dözümlülük imtahanı, həm də hələ də ən güclülərlə rəqabət apara bildiklərini sübut etmək fürsətidir. Komandanın yeni qələbə dövrünün uzaqda olmadığına inanmaq üçün yaxşı şans yaranır. Tudor özü də XXI əsrin əvvəllərində Marçello Lippinin çempion komandalarının bir hissəsi olub – onun təcrübəsi azarkeşlərə əlavə ümid verir. Ancaq bu ümidin nə dərəcədə əsaslı olduğu hələ aydın deyil, çünki xorvat mütəxəssisin əvvəlki klublarında böyük məşqçilik nailiyyətləri olmayıb.

    MelBet əmsalları

    Yuventusun qələbəsi – 2.664, heç-heçə – 3.08, İnterin qələbəsi – 2.832.

    Meydan sahibləri favorit hesab olunur, amma bu üstünlük kifayət qədər şərtlidir. Oyunçular üzrə mərclərdə xüsusilə Lautaro Martinesin qoluna qoyulan əmsal diqqət çəkir – 2.875. Argentinalı forvard artıq Derby d’Italia-da 4 qol vurub və böyük ehtimalla, Milan klubunun kapitanı qarşıdakı oyunda şəxsi hesabını yeniləməyə hazırdır.

    Kim qol vursa da, bu axşam azarkeşləri möhtəşəm bir oyun gözlədiyinə şübhə yoxdur. Səni isə ən sərfəli əmsallarla MelBet az vasitəsilə qazanmaq üçün əla fürsət gözləyir!

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni