Portuqaliya milli komandası kapitani və Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunun ulduzu Kriştianu Ronaldo Portuqaliya futbolunun tarixində silinməz iz qoyaraq bütün zamanların ən yaxşı oyunçusu mükafatına layiq görüldü.
Sport-az.com-in məlumatına görə, bu mükafat 10 sentyabr 2025-ci ildə Portoda keçirilən Liga Portugal Gala mərasimində təqdim edilib. 40 yaşlı super uldu, Portuqaliya futbolunun ən parlaq dövrünü formalaşdırmaqla yanaşı, dünya miqyasında 900-dən çox qol vuran efsanə kimi qeyd olunub. Ronaldo mərasimdə iştirak etməsə də, təşkilatçılar onun videokonferans vasitəsilə göndərdiyi təşəkkür mesajını nümayiş etdiriblər. Videoda Ronaldo deyib: “Salam, Liga Portugal-a bu mükafat üçün təşəkkür edirəm. Bütün zamanların ən yaxşı oyunçusu seçilmək mənim üçün böyük qürurudur”.
Qeyd edək ki, Ronaldo ən prestijli fərdi mükafat Ballon d’Or-u 5 dəfə qazanıb və Portuqaliya milli komandası üçün 130 qol vuraraq rekord qurub. Ümumi karyerasında isə 943-dən çox qol qeydində olan portuqaliyalı, 2002-ci ildən bəri Portuqaliya liqasında başlayan səyahətində “Sportinq”, “Manchester Yunayted”, “Real Madrid” və “Yuvventus” kimi klublarda uğurlar əldə edib. Bu mükafat onun Portuqaliya futboluna töhfəsini təsdiqləyən ən son tanınmadır.