More

    Rusiya hokkey klubları rekord gəlir əldə edəcək

    Rusiyanın Kontinental Hokkey Liqasının (KHL) klubları 2024/2025 mövsümünün nəticələrinə görə rekord məbləğ – 2,16 milyard rubl qazanacaq.

    KHL-in mətbuat xidmətinin məlumatına görə, vəsaitlərin formalaşdırılması bazası TV və mərc hüquqlarının satışından əldə olunan gəlirlər, qumar oyunlarından ödənişlər və liqanın ayrılmış vəsaitləri təşkil edir. Bu rəqəm əvvəlki 2023/2024 mövsümünün 1,18 milyard rubllu rekordunu demək olar ki, iki dəfə üstələyir.

    Vəsaitlərin 30 faizi idman nailiyyətlərinə görə klublar arasında proporsional bölüşdürülür. Qalan 70 faiz isə digər göstəricilərə – məsələn, azarkeşlərlə iş, media fəaliyyəti və oyunçulara ödənişlərin stabilliyi kimi meyarlara əsasən paylanır. Ən böyük məbləğ – təxminən 189 milyon rubl – ötən mövsümün Qaqaarin Kuboku qalibi “Lokomotiv”ə (Yaroslavl) çatacaq. Bundan əlavə, liqa uşaq-gənclər idman məktəblərinə 200 milyon rubl ayırıb.

    Qeyd edək ki, gəlirlərin klublar arasında bölüşdürülməsi təcrübəsi KHL tərəfindən 2014/2015 mövsümündən tətbiq edilir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni