More

    Federasiya rəsmiləri Olimpiya, dünya və Avropa mükafatçıları yetişdirən kəndə səfər edib

    Azərbaycan Güləş Federasiyasının rəsmiləri Goranboy rayonunun Qaradağlı kəndinə səfər edib. Sport-az.com xəbər verir ki, federasiya nümayəndələri kəndin orta məktəbində yerləşən güləş zalına baxış keçiriblər. Bu zalda 80-dən çox yeniyetmə və gənc yunan-Roma güləşi ilə məşğul olur.

    Kəndin güləş məktəbi Azərbaycan güləşində xüsusi əhəmiyyətə malikdir. Burada Olimpiya mükafatçısı, ikiqat Avropa çempionu və dünya ikincisi Həsrət Cəfərov, dünya və Avropa mükafatçısı Taleh Məmmədov, gənclər arasında dünya və Avropa mükafatçısı Əsgər Əlizadə, yeniyetmələr arasında Olimpiya çempionu Elman Muxtarov kimi idmançılar yetişib.

    Səfərdə federasiya rəsmiləri ilə yanaşı, Həsrət Cəfərov da iştirak edib. Federasiyanın Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və Həsrət Cəfərov gənc güləşçilərlə görüşərək, onlara intizamlı olmağın və məşqçilərin tapşırıqlarını yerinə yetirməyin vacibliyini vurğulayıblar. Məktəbin güləş üzrə məşqçiləri Aftandil Əliyev və Bayram Bayramov, eləcə də məktəbin direktoru Rəşad Məmmədov federasiyaya göstərilən diqqətə görə təşəkkür ediblər.

    Səfərin sonunda güləşçilərə xatirə hədiyyələri təqdim edilib və xatirə şəkli çəkdirilib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni