“Qarabağ”ın rəqibi 3 qolla qalib gəldi

Niderland çempionatının VIII turunda “Ayaks” komandası uğurlu çıxışı ilə yadda qalıb.

Sportaz-ın verdiyi məlumata görə, Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Ayaks” öz evində “Qroningen”i qəbul edərək 3:1 hesabı ilə qələbə qazanıb.

Matçın gedişatı:

  • Klaassen, 21 (1:0)
  • Şreuders, 69 (1:1)
  • Veqhorst, 90+1 (2:1)
  • Akpom, 90+3 (3:1)

Bu qələbə ilə “Ayaks” 6 oyundan sonra 13 xal toplayaraq Niderland çempionatının turnir cədvəlində 5-ci pilləyə yüksəlib.

Xatırladaq ki, “Ayaks” Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 24-də Bakıda “Qarabağ”ın qonağı olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni