Almaniya kubokunda erkən final

Almaniya kubokunun 1/8 final mərhələsinin püşkü atılıb və qarşılaşmaların cədvəli müəyyənləşib.

Sport-az.com bildirir ki, bu mərhələ yalnız bir oyundan ibarət olacaq və matçlar 3-4 dekabr tarixlərində keçiriləcək.

Püşk nəticəsində diqqətçəkən cütlük müəyyənləşib: 1/8 finalda “Bavariya” öz meydanında hazırkı çempion “Bayer”lə qarşılaşacaq, bu isə erkən final kimi dəyərləndirilir.

1/8 final mərhələsində qarşılaşacaq bütün cütlüklər:

  • “Bavariya” – “Bayer”
  • “Verder” – “Darmştadt”
  • “RB Leyptsiq” – “Ayntraxt”
  • “Karlsrue” – “Auqsburq”
  • “Armiya” – “Frayburq”
  • “Yan Reqensburq” – “Ştutqart”
  • “Köln” – “Herta”
  • “Volfsburq” – “Hoffenhaym”

Qeyd edək ki, “Bayer” Almaniya kubokunun hazırkı qalibidir və bu mərhələdə onları çətin rəqib “Bavariya” ilə görüş gözləyir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni