Asiya Açıq Turnirinə Azərbaycandan 27 cüdoçu yollanır

Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumata görə, Qazaxıstanda təşkil olunacaq Asiya Açıq Turnirində ölkəmiz 11 çəki dərəcəsində 27 cüdoçu ilə təmsil olunacaq. Heyətdə 6 qadın və 21 kişi var.

Yığmaya kişilər üzrə milli komandanın böyük məşqçisi Robert Kravçik və məşqçi Əbdülhəqq Rəsullu, qadınlar üzrə baş məşqçi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Qadın cüdoçulardan Fəridə Mirzəyeva (52 kq), Gülnarə Bayramova (57 kq), Alina Kuqayeva və Südabə Ağayeva (hər ikisi 70 kq), Nərmin Əmirli (78 kq) ilə Madina Kaisinova (+78 kq) turnirdə mübarizə aparacaq.

Kişilər arasında 60 kq çəkidə Məhəmməd Rüstəmli, Babərahim Mirzəyev, Murad Əliyev, Fərid Qarayev, Kənan Hüseynov və Amin İsmayılov, 66 kq-da Nazir Talıbov, Rəşad Yelkiyev, Zahir Ağazadə, Yaşar Nəcəfov və Kənan İsmayılov, 73 kq-da Səlim Sultanov, Kamran Süleymanov, Rüfət Şövlətov və Nəriman Mirzəyev, 90 kq-da Xəyyam Əliyev və Əli Qazıməmmədov, 100 kq-da Canpolad Əliyev və Elmar Qasımov, +100 kq-da isə Eldar Əliyev və Sübhan Axundov tatamiyə çıxacaq.

Yarış oktyabrın 17-18-də keçiriləcək. Turnirdə 7 ölkədən 230 idmançı iştirak edəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni