Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib və yeni çempionatın ilk turunun təqvimi rəsmən müəyyənləşib. Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, eləcə də Premyer Liqa klublarının nümayəndələri iştirak ediblər.
Yeni mövsümdə Azərbaycanın yüksək liqasında 12 komanda mübarizə aparacaq. PFL-in əsasnaməsinə uyğun olaraq çempionat üç dövrədən və ümumilikdə 33 turdan ibarət olacaq. İlk turun püşkü ilə yanaşı, üçüncü dövrədə meydan sahibi olacaq komandaların ardıcıllığı da müəyyənləşdirilib.
Birinci turun oyunları:
- “Araz-Naxçıvan” – “İmişli”
- “Kəpəz” – “Sabah”
- “Şamaxı” – “Qarabağ”
- “Turan Tovuz” – “Qəbələ”
- “Sumqayıt” – “Neftçi”
- “Zirə” – “Şəfa”
İlk turda çempion “Sabah” səfərdə “Kəpəz”lə qarşılaşacaq. Ötən mövsümün gümüş mükafatçısı “Qarabağ” isə çempionata “Şamaxı” ilə oyunla başlayacaq. Premyer Liqaya yeni yüksələn “İmişli” və “Şəfa” da elitadakı ilk matçlarını keçirəcəklər.Azərbaycan
Premyer Liqasının 2026/2027 mövsümünə 14 avqust tarixində start veriləcək. Ötən mövsüm tarixində ilk dəfə ölkə çempionu adını qazanan “Sabah” yeni mövsümə titul sahibi kimi başlayacaq. Qarşıdakı çempionatda komandalar həm ölkə çempionluğu, həm də avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqlar.




