Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qadınlardan ibarət milli komandanın üzvləri ilə görüşüb. Görüş zamanı AŞF prezidenti yaxınlarda Batumidə keçiriləcək komandalar arasında Avropa çempionatına hazırlıq məsələləri haqqında maraqlanıb və milliyə uğurlar diləyib.
Tədbirdə Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov, milli komandanın kapitanı İlahə Qədimova, məşqçilər Nicat Abasov və Qədir Hüseynov da iştirak edib.
Qadın şahmat milli komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva yer alıb.
Qeyd edək ki, Avropa çempionatı oktyabrın 5-də start götürəcək.



