Azərbaycanın beş çimərlik güləşçisi U-17 dünya çempionatında yarımfinala yüksəldi

Bakıda keçirilən U-17 çimərlik güləşi üzrə dünya çempionatında Azərbaycan yığması uğurlu çıxışını davam etdirir. Daylinews-az xəbər verir ki, 1/4 final mərhələsinin yekununda milli komandanın beş üzvü yarımfinala vəsiqə qazanıb.

60 kq çəki dərəcəsində Əlirza Heybətli qazaxıstanlı Tamerlan Aşenovu 1:0, Elcan Həsənov isə rusiyalı Arzılan Şaqdırı 3:1 hesabı ilə məğlub edib. 80 kq-da Nihad Süleymanlı Qazaxıstan təmsilçisi Mansur Xayrgeldini 3:0 hesabı ilə üstələyib. Eyni çəkidə Ruslan Vəliyev ukraynalı Dmitro Holovenko üzərində 3:0 hesablı qələbə qazanıb. 90 kq-da Elgün Kərimli ukraynalı Artyom Zalvovskini 3:0 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.

Qrup mərhələsində Azərbaycan güləşçilərinin nəticələri

Yarımfinala yüksələn idmançılar qrup mərhələsində də bir sıra inamlı qələbələr qazanıblar. Elcan Həsənov üçüncü turda yunanıstanlı Yannis Kesidisi 3:0 hesabı ilə məğlub edib. Əlirza Heybətli isə həmyerlisi Ömər Zeynalov üzərində eyni hesabla üstün olub.

80 kq-da Nihad Süleymanlı ukraynalı Dmitro Kursenkonu 3:1, Ömər Əliyev amerikalı Bruno Maykl Aherni 3:0, Ruslan Vəliyev isə gürcüstanlı Luka Maxaradzeni 3:0 hesabı ilə üstələyib. 90 kq-da Elgün Kərimli gürcüstanlı Nurəddin Mustafayevə 3:0 hesabı ilə qalib gəlib.

Qızların yarışında da Azərbaycan təmsilçiləri mübarizə aparıblar. 65 kq-da Fidan Babayeva seneqallı Meri Manqanı 3:2, Rəna Nuriyeva mərakeşli İnaya Ləhsinini 3:0 hesabı ilə məğlub edib. 75 kq-da Simurə Abdullayeva seneqallı Kata Şereqi üzərində 1:0 hesablı qələbə qazanıb.

Təsnifatdan yarımfinala gedən yol

Günün əvvəlində keçirilən təsnifat görüşlərində Elcan Həsənov 60 kq-da ukraynalı Kiril Nahırnını iki dəfə – 3:1 və 3:0 hesabları ilə məğlub edib. Nihad Süleymanlı 80 kq-da qazaxıstanlı Daniyar Beysənkulu 3:1 və 3:0 hesabları ilə üstələyib. 90 kq-da Elgün Kərimli də Elvin Hacıquluzadə ilə hər iki görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.

Sonrakı mərhələlərdə Həsənov ukraynalı Denıs Vitkonu 5:1, Heybətli vyetnamlı Van Duong Famı 4:0, Süleymanlı gürcüstanlı Luka Maisuradzeni 3:0, Vəliyev isə ukraynalı Vladislav Martsevi 3:1 hesabı ilə məğlub edib. Kərimli də ukraynalı Matvey Hriqorenko üzərində 3:0 hesablı qələbə qazanıb.

U-17 çimərlik güləşi üzrə dünya çempionatı avqustun 27-də Bakıda keçirilir. Yarışdan dərhal sonra, avqustun 28-29-da paytaxtda böyüklər arasında Çimərlik Güləşi üzrə Dünya Seriyasının mərhələsi təşkil olunacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni