Azərbaycan çimərlik güləşi üzrə milli komandası növbəti beynəlxalq sınağa hazırlaşır. Gürcüstanın Batumi şəhərində keçiriləcək Dünya Seriyasının üçüncü mərhələsində ölkəmizi altı idmançı təmsil edəcək. Yarış həm reytinq xalları, həm də mövsümün əsas turnirlərinə hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Milli komanda baş məşqçi Oyan Nazarianinin rəhbərliyi altında qonşu ölkəyə yollanacaq. Azərbaycan təmsilçiləri müxtəlif çəki dərəcələrində mübarizə apararaq medallar uğrunda yarışacaqlar.
Yarışda Azərbaycan adından aşağıdakı güləşçilər iştirak edəcəklər:
- Rubail İbrahimli (70 kq)
- Sahib Dadaşov (80 kq)
- Vüsal Əliyev (80 kq)
- Əşrəf Aşırov (90 kq)
- İlqar Nəzərli (90 kq)
- İslam İlyasov (+90 kq)
Turnirin ilk günündə təsnifat görüşləri və qrup mərhələsinin ilk iki turu keçiriləcək. Növbəti yarış günündə isə qrup mərhələsinin yekun qarşılaşmaları, yarımfinallar və medal uğrunda görüşlər baş tutacaq.
Qeyd edək ki, iyunun 20-21-də təşkil olunacaq yarışlarda Azərbaycan daha bir nümayəndə ilə təmsil olunacaq. Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə Dünya Seriyasının görüşlərində ədalət təmsilçiləri arasında yer alacaq.




