Fransa Mərakeşi məğlub edərək dünya çempionatının yarımfinalına yüksəldi

2026-cı il dünya çempionatının ilk 1/4 final qarşılaşması Fransa millisinin inamlı qələbəsi ilə başa çatıb. Didye Deşamın komandası ABŞ-ın Massaçusets ştatındakı “Gillette Stadium” arenasında Mərakeşi 2:0 hesabı ilə məğlub edərək turnirin ilk yarımfinalçısı olub. Bununla Fransa ardıcıl üçüncü dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

İlk hissədə hesabı açmaq şansı əldə edən Kilian Mbappe 28-ci dəqiqədə təyin olunan penaltidən yararlana bilməyib. Mərakeşin qapıçısı Yassin Bunu onun zərbəsini dəf edərək komandasını oyunda saxlayıb. Lakin ikinci hissədə Fransa üstünlüyünü qollara çevirə bilib.

Mbappe və Dembele Fransa yığmasını yarımfinala daşıdı

Matçın 60-cı dəqiqəsində Kilian Mbappe hesabı açıb. Cəmi altı dəqiqə sonra isə Usman Dembele fərqi iki topa çatdıraraq görüşün yekun nəticəsini müəyyənləşdirib. Mbappe bununla turnirdəki qol sayını 8-ə, Dembele isə 5-ə yüksəldib. Fransa yarımfinalda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026, 1/4 final

Fransa – Mərakeş – 2:0

Qollar: Mbappe, 60, Dembele, 66.

Reallaşdırılmayan penalti: Mbappe, 28 (Fransa).

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni