Holandın rekordu, Əlcəzairdən əzmkar qələbə: DÇ-2026-da növbəti maraqlı oyunlar

2026-cı il dünya çempionatında qrup mərhələsinin II turu maraqlı qarşılaşmalarla davam edib. I qrupunda Norveç və Seneqal arasında keçirilən görüş azarkeşlərə beş qol və son dəqiqələrə qədər davam edən gərgin mübarizə təqdim edib.

İst-Raterford şəhərindəki “Meadowlands Stadium”da baş tutan matçda qalib tərəf Norveç olub. Skandinaviyalılar Seneqalı 3:2 hesabı ilə məğlub edərək tarixlərində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəliblər.

Oyunun əsas qəhrəmanı Erlinq Holand olub. Norveç millisinin ulduz hücumçusu iki qol vuraraq həm komandasına qələbə qazandırıb, həm də mundiallarda ölkəsinin ən məhsuldar futbolçusu adına sahib çıxıb. Seneqal heyətində İsmaila Sarr da dubla imza atsa da, bu, komandasını xilas etməyə yetməyib.

DÇ-2026. I qrupu, II tur

Norveç – Seneqal – 3:2

Qollar: Pedersen, 43, Holand, 48, 58 – Sarr, 53, 90+3

Holandın rekordu, Əlcəzairdən əzmkar qələbə: DÇ-2026-da növbəti maraqlı oyunlar

Əlcəzair ikinci hissədə dönüş etdi

Holandın rekordu, Əlcəzairdən əzmkar qələbə: DÇ-2026-da növbəti maraqlı oyunlar

J qrupunda keçirilən digər qarşılaşmada İordaniya və Əlcəzair üz-üzə gəlib. Santa Klaradakı “Levi’s Stadium”da baş tutan görüş Əlcəzairin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə təşəbbüs İordaniya millisinin tərəfində olub. Al-Raşdanın vurduğu qoldan sonra komanda fasiləyə üstün yollanıb. Lakin ikinci yarıda oyunun mənzərəsi dəyişib.

Əlcəzair futbolçuları standart vəziyyətlərdən maksimum yararlanıblar. Bunbali hesabı bərabərləşdirib, Quiri isə matçın sonlarına yaxın vurduğu qolla komandasına vacib üç xal qazandırıb.

Bu qələbədən sonra Əlcəzair qrupda ilk xallarını əldə edərək pley-off ümidlərini qoruyub. İordaniya isə ardıcıl uğursuz nəticələrdən sonra növbəti mərhələyə yüksəlmək şansını itirib.

DÇ-2026. J qrupu, II tur

İordaniya – Əlcəzair – 1:2

Qollar: Al-Raşdan, 36 – Bunbali, 69, Quiri, 82

Holandın rekordu, Əlcəzairdən əzmkar qələbə: DÇ-2026-da növbəti maraqlı oyunlar

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni