2026-cı ilin ən yaxşı futbolçusunu müəyyənləşdirəcək “Globe Soccer Awards” mükafatının namizədləri bəlli olub. Təşkilatçılar dünyanın aparıcı klublarında çıxış edən 26 futbolçunun yer aldığı siyahını ictimaiyyətə təqdim ediblər.
Nüfuzlu mükafat uğrunda mübarizəyə Lionel Messi, Kilian Mbappe, Erlinq Holand, Lamin Yamal, Usman Dembele, Vinisius Junior və Harri Keyn kimi tanınmış oyunçular da qoşulublar.
Namizədlər arasında PSJ, “Real Madrid”, “Barselona”, “Bavariya”, “Arsenal” və digər Avropa nəhənglərinin futbolçuları üstünlük təşkil edir. “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi də mükafata iddia edənlər sırasındadır.
Globe Soccer Awards 2026: Bütün namizədlər
İlin ən yaxşı futbolçusu mükafatı uğrunda mübarizə aparacaq 26 oyunçunun tam siyahısı belədir:
Cud Bellinqem – “Real Madrid”, İngiltərə
Pau Kubarsi – “Barselona”, İspaniya
Usman Dembele – PSJ, Fransa
Federiko Dimarko – “İnter”, İtaliya
Desire Due – PSJ, Fransa
Bruno Fernandeş – “Mançester Yunayted”, Portuqaliya
Erlinq Holand – “Mançester Siti”, Norveç
Əşrəf Hakimi – PSJ, Mərakeş
Vinisius Junior – “Real Madrid”, Braziliya
Harri Keyn – “Bavariya”, İngiltərə
Xviça Kvaratsxeliya – PSJ, Gürcüstan
Lautaro Martines – “İnter”, Argentina
Kilian Mbappe – “Real Madrid”, Fransa
Nuno Mendeş – PSJ, Portuqaliya
Lionel Messi – “İnter Mayami”, Argentina
Joau Neveş – PSJ, Portuqaliya
Maykl Olise – “Bavariya”, Fransa
Rafinya – “Barselona”, Braziliya
Deklan Rays – “Arsenal”, İngiltərə
Rodri – “Barselona”, İspaniya
Fabian Ruis – PSJ, İspaniya
Bukayo Saka – “Arsenal”, İngiltərə
Uilyam Saliba – “Arsenal”, Fransa
Dominik Soboslai – “Liverpul”, Macarıstan
Vitinya – PSJ, Portuqaliya
Lamin Yamal – “Barselona”, İspaniya
Qaliblər dekabrın 28-də məlum olacaq
“Globe Soccer Awards 2026” mükafatlandırma mərasimi dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək. İlin ən yaxşı futbolçusu da daxil olmaqla, müxtəlif kateqoriyaların qalibləri həmin tədbirdə elan olunacaq.
Azarkeşlər üçün səsvermə artıq başlayıb və noyabrın 30-dək davam edəcək. Bu il mükafatların 17-ci təqdimat mərasimi keçiriləcək.
Diqqətçəkən məqamlardan biri PSJ-nin səkkiz futbolçu ilə siyahıda ən çox təmsil olunan klub olmasıdır. Ötən il ilin ən yaxşı futbolçusu seçilən Usman Dembele isə mükafatı ardıcıl ikinci dəfə qazanmağa çalışacaq.





