“Qarabağ” Duşan Tadiçlə maraqlanmasına dair xəbərləri təkzib etdi

Ağdamın “Qarabağ” futbol klubu Serbiya millisinin sabiq üzvü Duşan Tadiçlə maraqlandıqları barədə yayılan məlumatlara münasibət bildirib.

“Sport-az.com”un xəbərinə görə, klubun mətbuat katibi Anar Hacıyev məsələyə aydınlıq gətirərək yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Bu, düzgün məlumat deyil. Həqiqəti əks etdirmir”, – deyə klub rəsmisi qeyd edib.

Qeyd edək ki, Türkiyənin “haberler.com” saytı Niderland mətbuatına istinadla “Qarabağ”ın Duşan Tadiçin transferi ilə maraqlandığını yazmışdı.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni