“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsini uğurla adlayaraq II təsnifat mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi cavab görüşündə İslandiyanın “Vestri” klubunu səfərdə də 3:0 hesabı ilə məğlub edib və iki oyunun nəticəsinə əsasən 6:0 üstünlüklə mərhələ adlayan tərəf olub.
Reykyavikdə yerləşən “Torfnesvöllur” stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu oyunun əvvəlindən üstünlüyünü nümayiş etdirdi. Hesabı 5-ci dəqiqədə Cəlal Muaddib açdı. İlk hissənin sonlarına yaxın Pedro Bikalyo fərqi iki topa çatdırdı. Fasilədən sonra isə Zakaria Savo 57-ci dəqiqədə komandasının üçüncü qolunu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirdi.
UEFA Avropa Liqasının II təsnifat mərhələsində Ağdam klubu Bolqarıstanın CSKA Sofiya komandası ilə qarşılaşacaq. İlk görüş iyulun 23-də Bakıda, cavab oyunu isə iyulun 30-da Sofiyada keçiriləcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
Vestri (İslandiya) – Qarabağ – 0:3
Qollar: Cəlal Muaddib, 5; Pedro Bikalyo, 29; Zakaria Savo, 57.




