“Sabah” Rəhman Daşdəmirovla yeni müqavilə imzaladı

“Sabah” futbol klubu müdafiəçi Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.

Sport-az.com-un məlumatına görə, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb. Bildirilib ki, 25 yaşlı futbolçu ilə yeni müqavilə 2 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan milli komandasının da üzvü olan Rəhman Daşdəmirov 2023-cü ildən “Sabah”ın heyətində çıxış edir və komandanın əsas oyunçularından biri sayılır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni