UFC ulduzu İlya Topuriya rinqə çıxmağa hazırlaşır: Rəqibi bəlli oldu

Yüngül çəki dərəcəsində UFC kəmərinin sahibi İlya Topuriya idman karyerasında kəskin dönüş etməyə hazırlaşır. Gürcüstan əsilli döyüşçü peşəkar boksda qüvvəsini sınamaq niyyətindədir. Artıq ulduz idmançının məşhur boksçu və bloqer Ceyk Pol ilə sparrinq görüşü keçirmək üçün ilkin razılıq əldə etdiyi bildirilir.

Sport-az.com-un məlumatına görə, bu gözlənilən qarşılaşma barədə Ceyk Polun özü açıqlama verib. Amerikalı boksçu həmkarının ambisiyalarına bir qədər tənqidi yanaşaraq bunları qeyd edib:

“Bu cür idmançılar adətən kameralar qarşısında, canlı yayımlarda hər şeyə hazır olduqlarını bəyan edirlər. Lakin məsələ real addımlara çatanda proses dayanır. Görək bu dəfə necə olacaq. Mən ona bir döyüşçü kimi hörmət edirəm. Amma boks rinqində qarşılaşmaq? Açığı, bu mənim üçün sadəcə isinmə hərəkəti kimi bir şeydir. Əlbəttə, döyüş MMA qaydaları ilə keçirilsəydi, yəqin ki, o qalib gələrdi. Gerçəklik budur ki, bu döyüşçülərin çoxu özlərini həddindən artıq tərifləyir və dünyaya olduqlarından daha böyük görsənməyə çalışırlar”.

Qeyd edək ki, qarışıq döyüş növlərində zirvəyə yüksələn Topuriyanın boks aləminə keçidi həm idman ictimaiyyəti, həm də azarkeşlər tərəfindən böyük maraqla gözlənilir. Bu potensial duel baş tutarsa, ilin ən çox müzakirə olunan idman hadisələrindən birinə çevrilə bilər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni