Donald Tramp Ağ Evdə UFC Turnirinin Keçiriləcəyi Tarixi Açıqladı

ABŞ-nin 47-ci prezidenti Donald Tramp Ağ Ev ərazisində qarışıq döyüş növləri üzrə UFC turnirinin baş tutacağı tarixi elan edib. Bu açıqlama ABŞ Hərbi Dəniz Qüvvələrinin şərəfinə keçirilən parada zamanı səsləndirilib.

Tramp bildirib ki, 2026-cı ilin iyunun 14-də Ağ Evdə böyük UFC döyüşü təşkil olunacaq. Bu gün həm də Donald Trampın 80 illik yubileyi ilə üst-üstə düşür. Artıq bir neçə UFC ulduzu — Konor Makqreqor, Con Cons, Merab Dvalişvili, İliya Topuriya və Hamzat Çimayev — bu tədbirdə iştirak etmək niyyətlərini açıqlayıblar.

Turnirin təşkili üzrə məsul şəxs UFC prezidenti Dana Uaytdır. O, qeyd edib ki, hazırda tədbirin logistika məsələləri üzərində işlər davam edir və iştirakçıların siyahısının hazırlanmasına 2026-cı ilin fevral ayında başlanacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni