More

    Azərbaycan Badminton Millisi Dünya Reytinqində 23-cü Sıraya Qalxıb

    Dünya Badminton Federasiyası (BWF) milli komandaların yenilənmiş reytinq siyahısını açıqlayıb. Xəbər verir ki, Azərbaycan badminton yığması 4 pillə irəliləyərək ümumi sıralamada 23-cü yerə yüksəlib. Komandanın aktivində 2300 reytinq xalının olması bu nailiyyəti təsdiqləyir.

    Qeyd edək ki, Azərbaycan millisi 2018-ci ildə reytinqdə 85-ci pillədə qərarlaşmışdı. Son illərdə davamlı inkişaf sayəsində komanda 2025-ci ilin əvvəlində 46-cı yeri tutmuşdu. Son 9 ay ərzində isə reytinqdə 22 pillə irəliləyərək əhəmiyyətli uğura imza atıb.

    Bu yüksəliş Azərbaycan badmintonunun beynəlxalq arenada tanınmasına və fəaliyyətinin yüksək səviyyədə olduğunu göstərir. Komanda gələcəkdə daha da yüksək nəticələrə imza atmaq üçün çalışır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni