İngiltərənin məşhur futbol klubu “Manchester Siti”yə qarşı irəli sürülən 115 maliyyə pozuntusu ilə əlaqəli ittihamlar üzrə rəsmi istintaq artıq tamamlanmaq üzrədir. “Englishntv plus” xəbərə görə, çoxdan gözlənilən qərar bu ay açıqlana bilər.
İttihamlarda “şəhər komandası”nın müxtəlif maliyyə qaydalarını pozduğu iddia edilir. Məhz bunlara daxildir:
- Gəlir və sponsorlardan əldə olunan vəsaitlər barədə düzgün məlumat verməmək,
- Futbolçular və məşqçilərə ödənişlərin gizlədilməsi,
- UEFA-nın maliyyə Fair Play qaydalarını pozmaq,
- Uzun müddət davam edən araşdırma ilə əməkdaşlıqdan imtina və digər maliyyə pozuntuları.
Qeyd edək ki, ittihamlar 2009-2018-ci illəri əhatə edir. Klub isə bütün iddiaları rədd edir və özünü təqsirsiz hesab edir.
Bu dəhşətli ittihamlar və hüquqi proseslər “Manchester Siti”nin nüfuzuna ciddi təhdid yaradır və idmanın etik və maliyyə standartlarına ciddi şəkildə təsir edə bilər.



