More

    Kilian Mbappe: “Azərbaycanla oyuna ciddi yanaşmalıyıq”

    Fransa milli komandasının aparıcı üzvü Kilian Mbappe Parisdə Azərbaycan yığmasına qarşı keçiriləcək DÇ-2026-nın seçmə mərhələsi matçı öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb. O, diqqəti ilk öncə sabahkı qarşılaşmaya yönəltməyin vacibliyini vurğulayıb və bildirib: “Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalıyıq. Hər görüşün öz tələbləri var və biz bu dəfə mütləq qalib gəlməliyik”.

    “Real”ın 27 yaşlı hücumçusu Azərbaycan millisinin Bakıda Ukraynaya qarşı seçmə mərhələnin son turunda qazandığı heç-heçəni xüsusi qeyd edib: “O oyun İslandiya ilə görüşdən az önəm daşımır. Bizim məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır. Bu vəsiqə əldə edilənədək mübarizəmizi davam etdirməliyik”.

    Mbappe oyuna hazır olduğunu deyərək, rəqibindən asılı olmayaraq istənilən komandaya qol vura biləcəyini bildirib: “Sabah oynamaq istəyi keçərli olsa, baş məşqçimizin də buna heç bir etirazı yoxdur. Xəstəlik və ya ciddi problem yaşamadığımı deyə bilərəm. Bu gün son məşqim olacaq və hazırlaşmanı tamamlayacağam. Narahat olmağa heç bir əsas yoxdur”.

    Qeyd edək ki, Fransa ilə Azərbaycan arasında keçiriləcək oyun oktyabrın 10-da Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda başlayacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni