Meksikanın Qvadalaxara şəhərində keçiriləcək cüdo üzrə Qran-pri turnirində Azərbaycan idmançıları rəqabətə qoşulmağa hazırlaşır. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumatına əsasən, ölkəmizi 7 çəki dərəcəsində 11 cüdoçu təmsil edəcək.
Qran-pridə ümumilikdə 33 ölkədən 231 cüdoçu (142 kişi, 89 qadın) mübarizə aparacaq. Azərbaycandan iştirak edəcək kişilərdən bir neçəsinin ilk rəqibləri artıq məlumdur:
- 66 kq: Yaşar Nəcəfov – Georgios Balarcişvili (Kipr)
- 81 kq: Vüsal Qələndərzadə – Xorxe Peres (Çili)
- 60 kq (1/8 final): Əhməd Yusifov – İsrael Kruzalta (Meksika)
- 60 kq (1/8 final): Balabəy Ağayev – Maksim Merlin (Fransa)
- 66 kq: Ruslan Paşayev – Romarik Vend-Yam Buda (Fransa) / Finley Allan (Böyük Britaniya) cütünün qalibi
- 73 kq: Hidayət Heydərov – Valtteri Olin (Finlandiya)
- 73 kq: Rəşid Məmmədəliyev – Ulises Mendes (Meksika)
- 81 kq: Zelim Tçkayev – Xose Mariya Mendiola İskyeta (İspaniya) / Hilberto Kardoso (Meksika) cütünün qalibi
- 90 kq: Murad Fətiyev – Aaron Santamariya Rodriqes (İspaniya)
- 100 kq: Zelim Kotsoyev – İosif Simin (İsrail)
- +100 kq: Uşanqi Kokauri – Marven Qado (Monako)
Turnir Azərbaycan komandası üçün mühüm sınaq olacaq və idmançılarımızın yeni nailiyyətlər qazanması gözlənilir.