10–12 oktyabr tarixlərində Azərbaycanın Quba şəhərində yerləşən “The National Azerbaijan Golf Club”da ölkə tarixində ilk dəfə beynəlxalq həvəskar qolf turniri – “Turan Cup 2025” baş tutub. Bu genişmiqyaslı tədbir “Golf Alliance Azerbaijan”ın təşəbbüsü, “Bakcell” və “Quba Palace Hotel”in dəstəyi ilə təşkil olunub.
Turnirdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə və bir sıra başqa ölkələrdən 70-dən artıq oyunçu iştirak edib. Qolfun bölgədə daha da populyarlaşmasına töhfə verən bu tədbirə təcrübəli və gənc qolfçular qatılıb və meydan, yeni dostluqlar və peşəkar inkişaf üçün ideal məkana çevrilib.
“Turan Cup” yarışının əhəmiyyəti yalnız idmanla məhdudlaşmayıb: diplomatik korpus və dövlət rəsmiləri də tədbirdə yer alıblar. Qırğızıstan, Özbəkistan, Tacikistan səfirləri, eləcə də Milli Məclisin Mədəniyyət Komitəsi sədrinin müavini Günay Əfəndiyeva iştirakçıların sırasında olub.
Turnirin keçirilməsi “Golf Alliance Azerbaijan”ın təsisçisi Regina Badalbayeva tərəfindən irəli sürülmüş təşəbbüsə əsaslanır. O bildirib: “Bizim məqsədimiz yeni oyunçular üçün motivasiya verməklə yanaşı, ölkələr arasında dostluq və mədəni əlaqəni möhkəmləndirməkdir”.
“Turkan Cup 2025” region ölkələri arasında mədəni və idman əlaqələrinin inkişafında yeni ənənənin əsasını qoyub və Azərbaycanın turizm potensialının tanıdılmasına mühüm töhfə verib.a