More

    Çempionlar Liqası III Tur: Qarabağ Uduzdu, Çelsi və Liverpul Qalib Gəldi

    UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda 22 oktyabrda 9 maraqlı qarşılaşma keçirilib. Azərbaycanın “Qarabağ” komandası da daxil olmaqla, bir çox favoritlər öz gücünü nümayiş etdirib.

    “Qarabağ”ın rəqiblərindən “Çelsi” Londonda “Ayaks”ı qəbul edib, “Liverpul” isə Almaniyada “Ayntraxt”ın qonağı olub. Türkiyədə “Qalatasaray” Norveçin “Bodø/Glimt” komandası ilə oynayıb, “Real Madrid” isə evində “Yuventus”la üz-üzə gəlib. Qarşılaşmalar gərgin mübarizə və qol şouları ilə yadda qalıb. “Qarabağ” Bilbao-da “Atletik”ə 3:1 hesabı ilə uduzsa da, Leandro Andrade-nin 1-ci dəqiqə qolu mövsümün ən erkən qolu kimi tarixə düşüb. “Çelsi”nin 5:1 qələbəsi və “Liverpul”un səfərdəki 5:1 nəticəsi turnirin favoritlərinin gücünü göstərib.

    UEFA Çempionlar Liqası – III Tur (22 oktyabr):

    • “Qalatasaray” (Türkiyə) – “Bodø/Glimt” (Norveç) 3:1
    • “Atletik” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 3:1
    • “Çelsi” (İngiltərə) – “Ayaks” (Niderland) 5:1
    • “Atalanta” (İtaliya) – “Slaviya” (Çexiya) 0:0
    • “Ayntraxt” (Almaniya) – “Liverpul” (İngiltərə) 1:5
    • “Sportinq” (Portuqaliya) – “Marsel” (Fransa) 2:1
    • “Monako” (Fransa) – “Tottenhem” (İngiltərə) 0:0
    • “Real” (İspaniya) – “Yuventus” (İtaliya) 1:0
    • “Bavariya” (Almaniya) – “Brügge” (Belçika) 4:0

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni