Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa boks çempionatında uğurlu çıxışla yadda qalan Azərbaycan milli komandası artıq vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda yığma üzvlərini Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyəti nümayəndələri, boks sevərləri və idmançıların ailə üzvləri qarşılayıblar.
Yarışlarda milli boksçular iki qızıl, üç gümüş və üç bürünc medala sahib olaraq ölkəmizi yüksək səviyyədə təmsil ediblər. Bu nailiyyətlər komandamızın gələcək uğurları üçün böyük motivasiya mənbəyidir və Azərbaycanın boks tarixində önəmli mərhələ kimi qiymətləndirilir.



