More

    Azərbaycanın boccia üzrə paralimpiya komandası Qazaxıstandakı beynəlxalq turnirdə öncülük edib

    Qazaxıstanın Aktau şəhərində türkdilli ölkələr arasında təşkil olunan beynəlxalq boccia turnirində Azərbaycanın paralimpiya atletləri yüksək nəticələr göstərərək daha iki qızıl medal qazanıblar. BC4 kateqoriyasında tandemdə yarışan Zaur Veysəlov və Günel Rzazadə, eləcə də BC1 və BC2 qarışıq kateqoriyalarında trioda mübarizə aparan Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva rəqiblərini – qazaxıstanlı və özbəkistanlı idmançıları məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

    Turnirdə həmçinin Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazandılar və Azərbaycan himni səsləndirildi. Bəhruz Mirzəyev isə BC4 kateqoriyasında gümüş medalla kifayətləndi.

    Bu uğur nəticəsində Azərbaycan paralimpiyaçıları komanda hesabında birinci yeri tutaraq nəhəng nailiyyətə imza atıblar.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni