4 noyabrda PSJ, qlobal bettinq şirkəti 1xBet-in rəsmi tərəfdaşı olaraq, Bavariyanı qəbul edəcək
Yüz faiz nəticələr və şəxsi qarşılaşmaların zəngin tarixi
Üç turun ardından PSJ, Bavariya və daha üç komanda maksimum xal toplayıb. Luis Enrikenin və Vensan Kompaninin yetirmələri əlavə göstəricilərə əsasən müvafiq olaraq birinci və ikinci yerləri tutur. PSJ Atalantanı (4:0), Barselonanı (2:1) və Bayeri (7:2) məğlub edib. Bavariyanın rəqibləri isə bir qədər zəif təsir bağışlayıb: Çelsi (3:1), Pafos (5:1) və Brügge(4:0).
Qeyd edək ki, bu il komandalar ABŞ-da keçirilən əsas yay futbol turnirində qarşılaşıblar. Həmin görüşdə PSJ oyunu doqquz nəfərlə başa vursa da, 2:0 hesabı ilə qalib gəlib. Lakin şəxsi görüşlərin statistikası parislilərin azərkeşlərinə nikbinlik üçün az səbəb verir – onların komandası Bavariyaya Çempionlar Liqasındakı son yeddi matçın altısında uduzub. Xüsusilə də 2019/20 mövsümünün finalındakı məğlubiyyət çox ağrılı olmuşdu. Bununla belə, heç kim əbədi zəif ola bilməz və PSJ-nin yeni tarixi bunun ən yaxşı sübutudur.
PSJ sınaqlardan ləyaqətlə keçir
Fransa nəhənginə Çempionlar Liqasının əsas mərhələsində ən çətin rəqiblər qrupu düşüb. Buna əlavə olaraq, komandada çoxlu sayda zədəlilər var, o cümlədən liderlər: Usman Dembele, Dezire Due, Fabian Ruis və Joao Neveş. Nəticədə Luis Enrike diqqətini Çempionlar Liqasına yönəldib, ölkə çempionatında isə heyətin rotasiyasından aktiv şəkildə istifadə edir. Bu səbəbdən komanda bəzən Liqa 1-də xal itirsə də, çempionluq uğrunda mübarizədə mütləq favorit olaraq qalır.
Unutmaq olmaz ki, PSJ ötən mövsümün ilk yarısını ən yaxşı şəkildə keçirməmişdi. Komanda qrup mərhələsində turnirdən kənarda qalmaq riski ilə üz-üzə idi, lakin son üç turda doqquz xal toplayaraq növbəti mərhələyə vəsiqə qazandı. Nə ilə nəticələndiyini isə siz artıq bilirsiniz. İndi parislilər titullarını qorumaq istəyirlər və Bavariyaya qarşı oyunlardakı uğur onların iddialarını bir daha təsdiqləyə bilər.
Alman maşını
Bavariya mövsümə əla başlayıb və bütün turnirlərdə qələbəyə yönəlib. Keçən mövsümün nəticələrinə görəV ensan Kompaniyə müəyyən suallar olsa da, bu gün Münhen heç kimi yolunda görməyən bir bolidi xatırladır. Luis Dias Bavariyanın parlaq hücum xəttinə mükəmməl əlavə olub, gənc Lennart Karl isə mövsümün kəşfi ola bilər. Məhz cinah oyunçuları Münhenin əksər möhtəşəm hücumlarını qurur və dünyanın ən güclü cinah müdafiəçilərindən sayılan Nunu Mendiş və Əşrəf Hakimiyə qarşı nələr göstərə biləcəklərini izləmək çox maraqlı olacaq.
Harri Keyn Çempionlar Liqasının ən yaxşı bombardiri adını qazanmaq uğrunda Kilian Mbappe ilə mübarizəni davam etdirir – hər iki hücumçunun aktivində 5 qol var. Paralel oyunda Real eniş dövrü yaşayan Liverpulla qarşılaşacaq. Görəsən, top-hücumçulardan biri bombardirlər yarışında tək lider ola biləcəkmi?
Matçın favoriti
Mütəxəssislər üstünlüyü PSJ-yə verirlər. Luis Enrikenin komandasının qələbəsinə 2.255 əmsalla, Bavariyanın qələbəsinə isə 2.979 əmsalla mərc etmək olar. Heç-heçə nəticəsi isə 4.235 əmsalla qiymətləndirilir.
Toplam qollar üzrə mərcləri üstün tutanlar üçün aşağıdakı əmsallar təklif olunur: total 3.5-dən çox – 1.945, total 3.5-dən az – 1.996. Çempionlar Liqasının turun mərkəzi oyununa mərcləri 1xBet Azərbaycan platformasında edin!



