More

    Ayaks – Qalatasaray: Amsterdamdakı böyük oyunun anonsu

    5 noyabrda Amsterdamın Ayaks komandası Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində Yohan Kroyf Arenada İstanbulun Qalatasaray klubunu qəbul edəcək. 1xBet Azərbaycan hər iki komanda üçün böyük əhəmiyyət daşıyan bu qarşılaşmaya ön baxış təqdim edib

    Ayaks-ın uğursuz startı

    Turnirin dördqat qalibi iki illik fasilədən sonra Çempionlar Liqasına qayıdıb, lakin start Ayaks üçün uğursuz alınıb. Con Heytinqanın komandası bütün üç oyunda məğlub olub: evdə İnterə (0:2), səfərdə isə Marselə (0:4) və Çelsiyə (1:5). Amsterdam təmsilçisi yeganə qolunu penalti ilə vurub. 

    Ayaks turnir cədvəlinin sonunda və ən pis top fərqi göstəricisinə sahibdir. Lakin Heytinqanın komandasının çətin oyunları artıq arxada qalıb. Qarşıdakı matçlarda niderlandlıların güclü rəqibləri yoxdur və bu, xal toplamağa və ilk 24-lüyə düşmək uğrunda mübarizəyə başlamaq üçün ən münasib vaxtdır. 

    Qalatasaray darmadağından sonra reabilitasiya olundu

    Türkiyə çempionu yeni avrokampaniyaya səfərdə Ayntraxta 1:5 hesablı ağır məğlubiyyətlə başladı, lakin Ayaksdan fərqli olaraq, tez toparlana bildi. Okan Burukun komandası evdə Liverpulu Viktor Osimhenin penalti zərbəsindən vurduğu qolla sensasiyalı şəkildə 1:0 hesabı ilə məğlub etdi, daha sonra isə Bude-Qlimt üzərində (3:1) eyni Osimhenin dublu sayəsində qələbə qazandı. 

    Qalatasarayı qarşıda Madrid Atletikosu və Mançester Siti ilə çətin oyunlar gözləyir, buna görə də İstanbul azarkeşləri Amsterdamda komandalarının növbəti qələbəsini görməyə ümid edirlər. Qalatasaray sonuncu dəfə Çempionlar Liqasında ardıcıl üç qələbəni 2012/13 mövsümündə qazanmışdı. 

    Şəxsi qarşılaşmalar

    Bu ilin yanvar ayının sonunda Ayaks və Qalatasaray ilk dəfə rəsmi oyunda üz-üzə gəliblər. Bu, Avropa Liqasının əsas mərhələsinin son turu çərçivəsində keçirilən qarşılaşma idi və Françesko Fariolinin rəhbərlik etdiyi Ayaks həmin oyunda 2:1 hesabı ilə qalib gəlib. Oyunun əsas qəhrəmanı qol vurub və ötürmə edən Bertran Traore olub. Yayda Burkina-Faso millisinin üzvü Ayaksı tərk edərək İngiltərəyə qayıdıb və indi Sanderlendin heyətində çıxış edir. 

    Ekspert gözləntiləri

    Ayaksın ev meydanı üstünlüyünə baxmayaraq, 1xBet analitikləri Qalatasarayın qələbə qazanacağına daha çox inanırlar. Qonaqların qələbəsinə 2.143 əmsalla, meydan sahiblərinin mümkün uğuruna isə 3.305 əmsalla mərc etmək olar. Oyunun heç-heçə nəticələnəcəyinə dair dəqiq proqnoz mərci 4.06 dəfə artıracaqDünyanın ən möhtəşəm klub turnirində baş tutacaq bu ümidverici qarşıdurmanı qaçırma və 1xBet-lə parlaq futboldan zövq alın!

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni