UEFA Çempionlar Liqasının liqa mərhələsində dördüncü turun oyunları bu gün baş tutacaq. İlk oyun günündə ümumilikdə 9 matç keçiriləcək ki, bunlar arasında maraqlı qarşılaşmalar yer alır.
Ağdamın “Qarabağ” klubunun rəqiblərindən İtaliyanın “Napoli” və Almaniyanın “Ayntraxt” komandaları ölkələrində üz-üzə gələcək. İngiltərənin “Liverpul” klubu evdə İspaniyanın “Real” komandasını qəbul edəcək. Almaniyanın “Bavariya” isə Fransada PSJ-nin meydanına çıxacaq.
Liqa mərhələsinin IV turunun oyunların başlama vaxtları və komandalar aşağıdakı kimidir:
- Saat 21:45: “Napoli” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya)
- Saat 21:45: “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə)
- Saat 00:00: PSJ (Fransa) – “Bavariya” (Almaniya)
- Saat 00:00: “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)
- Saat 00:00: “Atletiko” (İspaniya) – “Yunion” (Belçika)
- Saat 00:00: “Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)
- Saat 00:00: “Tottenhem” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
- Saat 00:00: “Olimpiakos” (Yunanıstan) – PSV (Niderland)
- Saat 00:00: “Budyo Qlimt” (Norveç) – “Monako” (Fransa)



