More

    Azərbaycan Yay Deflimpiya Oyunlarında 20 idmançı ilə təmsil olunacaq

    Azərbaycan Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXV Yay Deflimpiya Oyunlarında bu dəfə 20 idmançı ilə iştirak edəcək. Bu barədə məlumatı Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov mətbuat konfransında açıqlayıb.

    Namiq Novruzov bildirib ki, bu, milli Deflimpiya hərəkatı üçün yeni bir mərhələnin başlanğıcıdır. Ən önəmlisi onlardan beşi qadın idmançıdır. Bu xanımlar taekvondo, karate və üzgüçülük idman növləri üzrə çıxış edəcəklər. O, qadın idmançılarımızın beynəlxalq arenada artan fəallığını, əzmini və peşəkarlığını vurğulayaraq belə uğurla Azərbaycanın qadın idmanında gender bərabərliyinin yaxşılaşmasının göstəricisi olduğunu əlavə edib.

    Qeyd edək ki, Yay Deflimpiya Oyunları noyabrın 15-dən 26-dək keçiriləcək və Azərbaycandan 20 idmançı müxtəlif növlərdə ölkəmizi təmsil edəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni