More

    Sumqayıtda U-20 Gənclər arasında Abşeron-Xızı bölgəsi üzrə cüdo birinciliyi keçirilib

    Sumqayıt Olimpiya İdman Kompleksində U-20 yaş kateqoriyası üzrə Abşeron-Xızı bölgəsini əhatə edən cüdoçular arasında region birinciliyi baş tutub. Turnirə 45 idmançı qatılaraq 6 müxtəlif çəki dərəcəsində rəqabət aparıblar.

    Yarışda Abşeron, Xızı və Sumqayıt təmsilçiləri gücünü sınayıb. Qadınlar kateqoriyasında 70 kq çəki dərəcəsində Səkinə Baxşıyeva (ACF) birincilik kubokuna sahib çıxıb.

    Kişilər arasında isə çəki kateqoriyalarında mükafatçılar belə müəyyənləşib:

    • 60 kq: Xalid Məmmədov (Abşeron Xırdalan) birinci, Ziyad Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM) ikinci, Sahib Məmmədov (ACF) və İbrahim Aslanlı (Neftçi İK) üçüncü yerləri bölüşüblər.
    • 66 kq: Elvin Eldarov (ACF) liderliyi əldə edib, Abdullah Kərimov (ACF) ikinci, Nəcəf Nəsrullayev (Abşeron Xırdalan) və Hüseyn Şahmarlı (ACF) üçüncü olub.
    • 73 kq: Sinur Ağazadə (Sumqayıt şəhəri İOEUGİM) birinci, Kamran Heydərli (ACF) ikinci, İlyas Ələkbərli (Neftçi İK) və Rihad Məmmədov (Nomura Sport Club) üçüncü olublar.
    • 81 kq: Rza Sətullayev (Neftçi İK) qələbə qazanıb, Mehdi Məmmədov (ACF) ikinci, Fuad Həsənov (RKİM) və Elman Məmmədov (Uğur İK Sumqayıt) üçüncü yerə layiq görülüblər.
    • 90 kq: Zeynalabdin Xudaverdizadə (Sumqayıt OİK) çempion olub.

    Bu birincilik kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıların seçilməsinə xidmət edir və gələcəkdə milli səviyyədə yarışacaq cüdoçuların müəyyən olunmasına şərait yaradır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni