Bu gün UEFA Konfrans Liqasının liqa mərhələsində III turun oyunları start götürür və bütün görüşlər eyni gündə keçiriləcək. Yarısının vaxtı Bakı saatı ilə 21:45-də, digər yarısının isə 00:00-da başlayacaq.
Türkiyənin yeganə təmsilçisi “Samsunspor” doğma meydanda Maltanın “Hamrun” komandası ilə gücünü sınayacaq. İlk iki turda qələbə qazanaraq top buraxmayan “Samsunspor” hazırda 5-ci yerdə qərarlaşıb. Maltalılar isə hələ xala da, qol da sahib ola bilməyiblər.
Qeyd edək ki, Çempionlar Liqasında növbəti turun görüşləri 27 noyabrda baş tutacaq.
Bu gün keçiriləcək qarşılaşmalar arasında diqqət çəkənlər:
- “Samsunspor” (Türkiyə) – “Hamrun” (Malta), saat 21:45
- “Şaxtyor Donetsk” (Ukrayna) – “Breydablik” (İslandiya), saat 21:45
- “Maynts” (Almaniya) – “Fiorentina” (İtaliya), saat 21:45
- “Sparta” (Çexiya) – “Rakuv” (Polşa), saat 21:45
- AEK (Yunanıstan) – “Şemrok Rovers” (İrlandiya), saat 21:45
- AEK (Larnaka, Kipr) – “Aberdin” (Şotlandiya), saat 21:45
- “Noah” (Ermənistan) – “Siqma” (Çexiya), saat 21:45
- KuPS (Finlandiya) – “Slovan” (Slovakiya), saat 21:45
- “Sele” (Sloveniya) – “Legiya” (Polşa), saat 21:45
Gecə başlayacaq oyunlar isə aşağıdakılardır:
- “Kristal Pelas” (İngiltərə) – “AZ Alkmaar” (Niderland), saat 00:00
- “Dinamo Kiyev” (Ukrayna) – “Jrinski” (Bosniya və Herseqovina), saat 00:00
- “Haken” (İsveç) – “Strasburq” (Fransa), saat 00:00
- “Lozanna” (İsveçrə) – “Omoniya” (Kipr), saat 00:00
- “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa), saat 00:00
- “Linkoln” (Cəbəllütariq) – “Riyeka” (Xorvatiya), saat 00:00
- “Rayo Valyekano” (İspaniya) – “Lex” (Polşa), saat 00:00
- “Şelburn” (İrlandiya) – “Drita” (Kosovo), saat 00:00
- “Rapid” (Avstriya) – “Universitatya” (Rumıniya), saat 00:00



