More

    Azərbaycanın U-23 kişi boks millisi Türkiyədə təlim-məşq toplanışında

    Azərbaycanın U-23 kişi boks komandası noyabrın 7-də Türkiyəyə yola düşüb. Boks Federasiyasının məlumatına görə, yığma noyabrın 17-dək Kastamonu şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

    Məşqçilər Yadigar Məmmədov və Elvin Məmişzadənin rəhbərliyi altında hazırlıq keçəcək idmançılar aşağıdakılardır: Sübhan Mamedov və Bilalhəbaşi Nəzərov (hər ikisi 50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadə (+90 kq).

    Toplanış müddətində Türkiyə millisinin boksçuları ilə birgə hazırlıq prosesi təşkil olunacaq və sınaq döyüşləri keçiriləcək. Bu məşqlərin məqsədi U-23 Avropa çempionatına hazırlıqdır.

    U-23 Avropa birinciliyi noyabrın 23-29-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni