More

    Azərbaycanın kiçik yaşlı taekvondoçuları Afinada 15 medal qazanıblar

    Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa taekvondo birinciliyində Azərbaycanın kiçik yeniyetmə komandası möhtəşəm nəticələr göstərib və ümumilikdə 15 medal əldə edib. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, bu mükafatlar arasında 5 qızıl, 5 gümüş və 5 bürünc medallar var.

    Qızıl medal sahibləri arasında Əhməd Mürvətov (27 kq), Əsma Abdullazadə (27 kq), Fidan Qafarova (30 kq), Rizvan Abdullayev (30 kq) və Cahid İsmayılzadə (52 kq) yer alır.

    Gümüş medalları isə Ayşən Abuzərova (27 kq), Ümid Şahbazov (36 kq), Sübhan Rzayev (40 kq), Fateh Sultanlı (44 kq) və Hüseyn İsmayılov (52 kq) qazanıblar.

    Bürünc mükafatçılar arasında isə Vidadi Məmmədli (27 kq), Rüqəyya Əliyeva (27 kq), Aydan Hüseyinova (30 kq), Aysu Qəribli (44 kq) və Günəş Əzimzadə (52 kq) yer alıb.

    Bu nəticələr Azərbaycan yığmasının medal sıralamasında liderliyini təsdiqləyir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni