Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdo komandası finala yüksəlməyi bacarıb. Yığma qarışıq komanda yarışının yarımfinal mərhələsində Qazaxıstan millisiylə üz-üzə gəlib və 4:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə əldə edib.
Əvvəlki mərhələdə isə Azərbaycan komandası Səudiyyə Ərəbistanı seçməsini 4:0 məğlub edərək yarımfinala vəsiqə qazanmışdı.
Final mərhələsində millimiz Özbəkistan komandası ilə yarışacaq.
Qeyd etmək lazımdır ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.



