Braziliya millisinin və “Santos” klubunun hücumçusu Neymarın “İnter Mayami”yə keçidinə icazə verilmir. ESPN-in məlumatına görə, MLS-dən digər klublarla birlikdə “İnter Mayami” də hesab edir ki, Neymarın transferi üçün sərf olunan investisiya dəyərli deyil.
33 yaşlı futbolçu cari il ərzində “Santos”da 23 oyunda iştirak edərək 6 qol vurub, 3 məhsuldar ötürmə edib. Əvvəlki xəbərlər Neymarın “Barselona”dakı keçmiş komanda yoldaşlarının olduğu bu komandaya transfer olunacağı barədə idi.
Lakin indi görünür ki, onun bu keçidi baş tutmayacaq və o, mövcud müqaviləsinin bitməsinə qədər “Santos”da çıxış etməyə davam edəcək.



