Azərbaycanın iki muaytayçısı İslamiadada 1/4 finala yüksəlib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan muaytay millisinin iki üzvü 1/4 final mərhələsinə adlayıb. Yarışa ezam olunmuş müxbirin məlumatına görə, idmançılarımız 1/8 final döyüşlərini qələbə ilə başa çatdırıblar.

60-65 kq çəki dərəcəsində mübarizə aparan Xəyal Əliyev Misirin təmsilçisi Hüsnü Fəhmi Sayedini nokautla məğlub edib. Digər idmançımız Səlahəddin Qocazadə isə 65-70 kq çəki dərəcəsində Yəmənin Aiham Ahmed Abdo Alawadhi üzərində ilk raundda texniki nokautla üstünlük qazanaraq növbəti mərhələyə yüksəlib.

Azərbaycanlı muaytayçılar bu qələbələrlə ölkəmizi İslamiadanın növbəti mərhələsində layiqincə təmsil edirlər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni