Kişi boksçulardan ibarət Azərbaycan milli komandası noyabrın 15-də Polşanın Krakov şəhərində yoldaşlıq görüşünə hazırlaşır. Komandamız Polşa yığması ilə qarşılaşacaq bu tədbirə qatılıb.
Məşqçi heyəti Etibar Abdullayev və Ceyhun Əbiyev döyüşlərdə aşağıdakı idmançılara şans verəcək:
- Nicat Hüseynov (55 kq)
- Kənan Babayev (55 kq)
- Məhəmmədəli Aşurəliyev (60 kq)
- Malik Həsənov (65 kq)
- Mehdi Həsənov (70 kq)
- Şəmsi Şahbazov (75 kq)
- Surət Qarayev (85 kq)
- Alfonso Dominqes (90 kq)
- Məhəmməd Abdullayev (+90 kq)
Azərbaycan boks yığması noyabrın 18-də Bakıya qayıdacaq.



