Azərbaycan Voleybol Federasiyası (AVF) qadınlar arasında keçirilən Yüksək Liqanın III turunun oyun tarixlərini rəsmən təsdiqləyib. Qarşılaşmalar 19, 20 və 21 noyabr tarixlərində baş tutacaq.
Bu turun proqramında “Gənclər” komandası istirahət edəcək. Digər oyun isə — “Milli Aviasiya Akademiyası” ilə “Abşeron” arasında keçiriləcək görüşün yeri və saatı yaxın günlərdə elan olunacaq.
Qadın voleybol Yüksək Liqasının III turunda keçiriləcək qarşılaşmalar belədir:
- 19 noyabr, saat 17:00: “UNEC” – “Azərreyl” (UNEC Voleybol Klubunun idman zalı)
- 20 noyabr, saat 16:00: “DH Volley” – “Murov Az Terminal” (AVF-in idman zalı)
- 21 noyabr, saat 18:00: “Gəncə” – “Turan” (Gəncə İdman Sarayı)



