Fransanın məşhur mediasına danışan zəngin futbol karyerası ilə seçilən və “Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan yaxın gələcəkdə yenidən məşqçilik fəaliyyətinə başlayacağını bildirib. Zidan futboldan tamamilə uzaqlaşmaq istəmədiyini və yeni layihələrə böyük həvəs və motivasiya ilə hazırlaşdığını söyləyib:
“Çox yaxın vaxtlarda yenidən məşqçi kimi meydan kənarına dönəcəyəm. Futbol daim həyatımın mərkəzində olub və ona yenidən qayıtmaq arzum var.”
Son dövrlərdə “Yuventus”, “PSJ” və Fransa yığması ilə adı hallanan Zidan hələ ki, hansı komandada çalışacağı barədə açıqlama verməyib. Buna baxmayaraq, onun yeni mövsüm üçün ciddi şəkildə məşqçilik fəaliyyətinə qayıtmaq niyyətində olması aydın görünür.



