Norveç millisinin hücumçusu Erlinq Haaland dünya futbolunun seçmə mərhələləri tarixində Avropa zonasında qol sayına görə yeni rekord müəyyən edib. “Mançester Siti”nin hücumçusu İtaliyaya qarşı keçirilən 4:1 hesablı oyunda iki qol vurub.
Bu qollarla Haaland bu mövsüm seçmə mərhələdə ümumilikdə 16 qol qeydiyyata alıb. Beləliklə, o, 2018-ci il dünya çempionatının seçmə oyunlarında 16 qol vuran Polşa millisinin aparıcı hücumçusu Robert Levandovski ilə eyni göstəriciyə sahib olub.
Qeyd edək ki, Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo bu rekordu 15 qolla müəyyən etmişdi.
Dünya çempionatlarının seçmə mərhələlərində ən yüksək rekorda sahib olan futbolçu isə İran millisinin sabiq üzvü Kərim Bagəri olub. O, 1998-ci il mundialının seçmə mərhələsində 19 qol vuraraq yeni zirvə müəyyənləşdirmişdi.



