Azərbaycan taekvondoçusu Eltac Qafarov (+82 kq) VI İslam Həmrəyliyi Oyunlarında 1/2 final mərhələsində Qazaxıstan təmsilçisi Baurjan Xassenova 1:2 hesabı ilə uduzub. Qafarovun üçüncü yer uğrunda mübarizə aparacağı gözlənilir.
Qeyd edək ki, əvvəlcə 1/4 finalda Qırğızıstan idmançısı Əbdüləzim Abdurahimovu məğlub edərək yarımfinala adlayan Qafarov bu nəticə ilə komandaya medal qazanmaq şansı bəxş etmişdi.
Hazırda Azərbaycan taekvondoçuları İslamiadada iki medal əldə ediblər. Minayə Əkbərova 48 kq çəki dərəcəsində gümüş, Qaşım Maqomedov 60 kq-da isə bürünc medal qazanıb.



