Azərbaycan – İslandiya: yığmamıza 2026 dünya çempionatının seçmə mərhələsində dəstək ol!

13 noyabrda Azərbaycan mundialın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirəcək. 1xBet qarşıdakı görüşün ön baxışını təqdim edib.

Turnirdə yer 

Yığmamız 4 oyundan cəmi 1 xal toplayaraq qrupda sonuncu pillədə qərarlaşıb və pley-offa çıxmaq üçün yalnız nəzəri şansını qoruyub. Azərbaycan ən yaxşı oyununu Ukrayna yığmasına qarşı keçirib – Emin Mahmudovun 11 metrlik zərbədən vurduğu dəqiq qol sayəsində bərabərliyi təmin edib.

İslandiya 4 oyunda 4 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Pley-off uğrunda mübarizəni davam etdirmək üçün islandiyalılar Azərbaycanı məğlub etməlidirlər, lakin komandamız gələcək rəqibinə üç xalı asanlıqla vermək niyyətində deyil.

Birinci oyunda fəlakət

İslandiya ilə əvvəlki qarşılaşma yığmamız üçün olduqca uğursuz alındı. Rəqib meydanda tam üstünlük nümayiş etdirərək Fernandu Santuşun komandasını 5:0 hesabı ilə məğlub etdi. Məhz həmin oyundan sonra portuqaliyalı mütəxəssis baş məşqçi postundan uzaqlaşdırıldı və onun yerini gənclər yığmasının çalışdırıcısı Ayxan Abbasov tutdu. İndi komandamız İslandiyadan revanş almağa və ilk oyunun nəticəsinin Azərbaycan yığmasının real səviyyəsini əks etdirmədiyini sübut etməyə qərarlıdır.

İslandiya yığmasının oyun tərzi

Arnar Gyunnleyqssonun komandası yüksək pressinq xətti ilə dinamik futbolu üstün tutur. «Vikinqlər» döyüşkən xarakterləri və əla fiziki hazırlıqları ilə tanınırlar, buna görə də hətta ən güclü komandalar belə onları ötüb keçə bilmirlər.

Rəqibin əsas fiqurları mərkəz xəttində kapitan Haukonn-Arnar Haraldsson və yarımmüdafiəçi İsak Yohannesson hesab olunur. Sonuncunu Azərbaycan azarkeşləri yaxşı xatırlayır – məhz Almaniyanın «Köln» klubunun futbolçusu yığmamızın qapısına iki qol vurmuşdu.

İslandiya yığmasının hücum xəttində ən təhlükəli futbolçu «Fiorentina» klubunun oyunçusu Albert Gvyudmyundssondur. O, təkcə möhtəşəm driblinq və dəqiq ötürmələrlə deyil, həm də qol epizodlarını əla şəkildə dəyərləndirməsi ilə seçilir. Gvyudmyundsson «Milli»nin qapısına qol vurub, həmçinin Ukrayna ilə oyunda dubl edib.

Nə gözləmək olar?

Azərbaycan milli komandasını ilk nömrə ilə oynayacaq çox çətin rəqiblə qarşılaşma gözləyir. Ayxan Abbasovun yetirmələri müdafiədə maksimum diqqətli olmalı və əks-hücumlarda yaranan fürsətlərdən səmərəli istifadə etməlidirlər.

«Milli» böyük ehtimalla üç mərkəz müdafiəçisi və iki dayaq yarımmüdafiəçisi ilə 5-4-1 taktiki sxeminə üstünlük verəcək. Bəhlul Mustafazadə, Elvin Badalov və Anton Krivotsyuk arxa xəttin etibarlılığına cavabdeh olacaqlar, kapitan Emin Mahmudov isə müdafiədən hücuma keçid zamanı əsas bağlantı rolunu oynayacaq. Hücumda Azərbaycan yığması Ukrayna ilə son oyunda çox yaxşı təsir bağışlayan Nəriman Axundzadəyə güvənəcək.

«Milli» tam motivasiya olunub və İslandiyaya qarşı layiqli mübarizə aparmağa hazırdır, doğma azarkeşlər isə futbolçularımıza coşqun dəstək verəcəklər.

1xBet-dən isti əmsallar

İslandiya yığması matçın aydın favoritidir. Onların qələbəsinə qoyulan əmsal 1.64-dür, Azərbaycan yığmasının mümkün qələbəsi isə 5.86 əmsalla qiymətləndirilir. Heç-heçə nəticəsi edilən mərcin məbləğini 4.23 dəfə artıracaq.Azərbaycan və İslandiya yığmaları arasında oyun Bakıda, «Neftçi Arena» stadionunda keçiriləcək. Etibarlı bukmekerlə birlikdə milli komandamızı dəstəklə və 1xBet online-da oyuna qoşul! Burada səni ən yüksək əmsallar və vəsaiti tez çıxarmağın 250-dən çox üsulu gözləyir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni