Həsrət Cəfərov İslamiadada finala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final mərhələsinə vəsiqə qazanıb. Yarımfinalda Misir təmsilçisi Mohamed Abdelrehimə 4:1 hesabı ilə qalib gəlib.

Digər yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) 1/4 final mərhələsində Özbəkistan idmançısı Alişer Qaniyevə 0:3 hesabı ilə uduzub. Ülvü Qənizadə isə 1/8 finalda İran təmsilçisi Amir Abdiyə 0:9 hesabı ilə məğlubiyyətlə üzləşib. Qənizadə rəqibinin finala yüksəlməsinə görə təsəlliverici qarşılaşmada gücünü sınayacaq.

İslam Abbasov (87 kq) isə 1/4 finalda İran idmançısı Qulamreza Faroxisencaniyə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də yekunlaşacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni