Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda davam edən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) final mərhələsinə vəsiqə qazanıb. Ilk görüşündə Misirdən Məhəmməd Qabrını 8:0 hesabı ilə məğlub edib. Yarımfinalda isə Türkiyə təmsilçisi Beytullah Kayısdağı 5:1 hesabı ilə üstələyib.
Murad Əhmədiyevin finala yüksəlməsi Azərbaycan güləşçilərinin uğurlarına yeni təkan verib və milli komandamızın medal sayını artırmaq istiqamətində əhəmiyyətli addımdır.



