More

    DÇ-2026: Avropa zonası pley-off mərhələsinin püşkü atıldı, Türkiyənin rəqibi müəyyənləşdi

    2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Püşkatma nəticəsində raundun yarımfinal mərhələsində üz-üzə gələcək komandalar bəlli olub. Bu oyunlar 26-31 mart 2026-cı il tarixlərində təşkil olunacaq.

    Təyin olunan qruplar aşağıdakılardır:

    • A qrupu: İtaliya – Şimali İrlandiya, Uels – Bosniya və Herseqovina
    • B qrupu: Ukrayna – İsveç, Polşa – Albaniya
    • C qrupu: Türkiyə – Rumıniya, Slovakiya – Kosovo
    • D qrupu: Danimarka – Şimali Makedoniya, Çexiya – İrlandiya

    Bundan başqa, qitələrarası püşkün nəticəsinə əsasən, Yeni Kaledoniya və Yamayka arasında qalib mundiala vəsiqə üçün Konqo Demokratik Respublikası ilə mübarizə aparacaq. Boliviya və Surinam arasında turnirin qalibi isə İraqla oyunlardan sonra vəsiqə məsələsini aydınlaşdıracaq.

    Dünya Çempionatının final mərhələsində iştirak hüququ qazanan ölkələrə ABŞ, Kanada, Meksika, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika daxildir.

    Qeyd edək ki, DÇ-2026 turniri 11 iyun – 19 iyul tarixlərində keçiriləcək və ümumilikdə 48 komanda iştirak edəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni